Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov dekabrın 26-da Çeçenistan respublikasının paytaxtı Qroznıda döyüş keçirəcək.
Oxu.Az xəbər verir ki, “Qroznoy bitı 13” çərçivəsində onun rəqibi polyak idmançı Pol Slavinski olacaq.
Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov ilə dost olan Zabit Səmədov son illər ərzində üçüncü dəfədir ki, Qroznıda rinqə çıxır. Keçən ilin iyulunda o, Qroznıda alman Stefan Lekonu, avqustda isə bosniyalı Cevad Poturakı məğlub edib.
Qarşıdakı döyüşü revanş adlandırmaq olar, belə ki, Səmədov Slavinskiyə 2007-ci ildə Amsterdamda texniki nokautla məğlub olub. Bu, Zabitin 85 döyüş keçirdiyi peşəkar kikboksçu karyerasında doqquz məğlubiyyətindən biridir.
F.H.
www.oxu.az