Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ-nin məşhur telekanalında kütləvi ixtisar: Dünya üzrə əməkdaşlarını işdən azad edəcək
ABŞ-nin dünyaca məşhur CNN telekanalı işin optimallaşdırılması planları fonunda kütləvi ixtisar barədə elan edib.
Bu barədə Oxu.Az Mk.ru-ya istinadən xəbər verir.
Məlumata görə, iş kursunun onlayn auditoriyaya yönləndirilməsi ilə əlaqədar bütün dünyada əməkdaşların ixtisarı aparılacaq. Həmçinin, şirkət bir sıra şouların çəkilişlərini Nyu-York və Vaşinqtondan Atlantaya köçürməklə xərcləri azaltmaq imkanını da nəzərdən keçirir.
"İxtisarlar CNN-in müqavilə əsasında işləyən ən məşhur adlarına təsir etməyəcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hazırda CNN-in dünya üzrə şöbələrində təxminən 3 500-ə yaxın işçi çalışır.