“Facebook” və “Twitter” ABŞ-da prezident seçkilərinin keçirildiyi 8 noyabrda istifadəçi fəallığına görə rekord vurub.
Oxu.Az İKT.lent.az-a istinadən xəbər verir ki, bu barədə “Facebook” və “Twitter”in analitikləri bildiriblər.
Qeyd olunan tarixdə “Twitter”də seçki mövzusunda 75 milyon “tvit” yazılıb (söhbət amerikalı istifadəçilərdən gedir). 4 il bundan əvvəl – 2012-ci il seçkilərində “Twitter” istifadəçiləri bu mövzuda iki dəfə az “tvit” atıb. O zaman bu rəqəm 31 milyon təşkil edib.
“Facebook”da isə 8 noyabr seçkiləri mövzusunu 115 milyon amerikalı tərəfindən müzakirə olunub. Bu da rekord hesab olunur.
U.A.
www.oxu.az