Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan və Türkiyə rəqəmsal sənəd dövriyyəsinə keçəcək
2025-ci ildə Azərbaycan Türkiyə ilə rəqəmsal sənəd dövriyyələrinin inteqrasiyası planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyuçuların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimində çıxışı zaman qurumun sədr müavini Rəşad Xalıqov deyib.
Sədr müavini qeyd edib ki, kağızsız hökumət layihələri genişləndirilir:
"Azərbaycanın dövlət və özəl təşkilatları Türkiyədəki müvafiq qurumlara sənədləri elektron imza ilə təsdiq edərək göndərə biləcəklər. Kağızsız hökumət layihələrini genişləndiririk. Artıq bu il bir sıra dövlət orqanları tərəfindən "Kağızsız Hökumət" çərçivəsində layihələr həyata keçirilib. Məsələn, Elm və Təhsil Nazirliyinin yaratdığı portal vasitəsilə ali təhsil pilləsinə qəbul prosesi tamamilə rəqəmsallaşıb. Növbəti illərdə dövlət satınalmaları portalında, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işə qəbul portallarında "sıfır sənəd" prinsipi ilə proseslərin həyata keçirilməsi planlaşdırılır".
Aygün Mirakif
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" teqi üzrə xəbərlər
- Rəşad Xalıqov: "Digital Bridge" sisteminə 150-dən çox informasiya sistemi inteqrasiya edilib"
- Azərbaycanda Rəqəmsal Məcəllə artıq formalaşdırılıb
- Şahin Əliyev: "4 300-dən çox vətəndaşımızı təqaüd imkanları ilə təmin etmişik"
- Ağahüseyn Əhmədov: "Azərbaycan İnnovasiya Mərkəzi"nin bölgələrdə də açılması planlaşdırılır"
- İnarə Vəliyeva: "Sənədlər rəqəmsallaşır və artıq kağız sənədləri daşımağa ehtiyac yoxdur"
Rəylər