“Bang & Olufsen” şirkəti macəralar üçün yaradılmış, su buraxmayan etibarlı akustika sistemi olan “Beosound Explore” məhsulunu təqdim edir.
Rahat forma, optimal çəki və daxili karabin “Beosound Explore” sistemini maksimum portativ hala gətirir. Onun güclü dinamiklərə və səs gücləndiricilərinə malik unikal silindrşəkilli forması kempinq və yürüşlər zamanı rahat dinləmə üçün tələb olunan gur və güclü səsi təmin edir.
Sərgüzəştlərinizin nə qədər davam etməsindən asılı olmayaraq, səsucaldıcı 27 saatadək avtonom işi təmin edir. IP67 toz və sukeçirməmə standartı sayəsində akustika sistemi pis hava şəraitinə tab gətirir, heç bir nasazlıq yaşamadan suyun 1 m dərinliyində 30 dəqiqə qala bilir.
“Bang & Olufsen” şirkətinə xas səs imkanlarına və Skandinaviya üslubunda hazırlanmış dizayna malik “Beosound Explore” uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş ideal akustika sistemidir. O, portativ, möhkəm və səyahətə daim hazır vəziyyətdədir.