“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunub və adını dəyişib.
Oxu.Az-ın məlumatına görə, APA-Economics “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, BTRİB yenidən təşkil olunaraq və adını dəyişərək “Bakı Telefon Rabitəsi” MMC-yə çevrildiyini elan edib.
Qeyd edək ki, müəssisə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
E.Ə.
www.oxu.az