Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Çində transformer avtomobillərin satışına başlanıldı
Çində "Wuling Zhiguang EV" transformasiya edilə bilən mikrovenlərin ilkin satışına başlanılıb.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, yeni model düzbucaqlı korpusa malikdir.
Modelin uzunluğu 3685 mm, təkər bazası isə 2600 mm-dir. Mikrovenin baqajının həcmi 527 litrdən 1117 litrə qədər dəyişir. Salonda kiçik rəqəmsal alətlər paneli var. Bununla belə, toxunma ekranı olan tammiqyaslı multimedia sistemi yoxdur - bunun əvəzinə yalnız USB portu olan bir radio var. Avtomobil bir hava yastığı ilə təchiz edilib.
"Wuling Zhiguang EV"in salonu və baqaj bölməsində müxtəlif aksesuarların quraşdırılması üçün 20 yivli dəlik var. Bununla da, mikroven səyyar emalatxanaya və ya səyyar mağazaya çevrilə bilər.
Avtomobil 41 at gücünə malik tək elektrik mühərriki ilə işləyir. Onun maksimal sürəti 100 km/saatdan çox deyil. Avtomobilin qiyməti 47,8 min yuandan (təxminən 11 min manatdan) başlayır.
Rəylər