Mobil qurğuların sürətinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş populyar “AnTuTu” testinin tərtibatçıları ən yüksək bal toplamış smartfonların siyahısını dərc ediblər.
Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, hazırda Çinin “OnePlus 5” (181 min bal) ən sürətli smartfon hesab edilir, “HTC U11” (180 min bal) ikinci yeri, “Samsung Galaxy S8+” (172,6 min bal), “Galaxy S8” (172,4 min bal) və “Xiaomi Mi6” (172,1 min bal) smartfonları isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tutublar.
Ən məhsuldar smartfonların siyahısına “iPhone 7 Plus”, “Sony Xpreia XZ Premium”, “iPhone 7”, “OnePlus 3T” və “OnePlus 3” smartfonları daxil edilib.
L.Ə.