“Instant Articles” ilə istifadəçilər “Facebook”da daxil olduqları linklər üzərindən (xüsusilə xəbər) orijinal adressə gedib yüklənməsini gözləmək əvəzinə, tətbiq daxilində linkdən məlumatı oxuya bilir.
Beləliklə, istifadəçilər istədikləri hər hansı linkdəki məlumatları çox rahat və sürətli çata bilir.
Bu barədə Oxu.Az Xeberler.az-a istinadən xəbər verir.
Media qurumları ilə əməkdaşlıq edən “Facebook”, eyni zamanda həmin qurumlara da pul qazandırır. Şirkət indi də bu xidməti “Messenger”ə gətirir.
Bundan sonra “Facebook Messenger” üzərindən bir link yolladığınızda “Instant Articles”ı dəstəkləyirsə, sürətli formada həmin məlumata çata biləcəksiniz.
“Android” üçün bu gün istifadəyə təqdim edilən xidmət gələcək iOS platformasına da gələcək.
