Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Intel”in böyük maliyyə itkiləri üzə çıxdı
“Intel” ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) maliyyə hesabatını təqdim edib.
Məlum olub ki, 2023-cü ildə şirkətin prosessorların istehsalına cavabdeh olan bölməsinin əməliyyat itkiləri yeddi milyard dollara çatıb. Müqayisə üçün bir il əvvəl bu rəqəm 5,2 milyard dollar olub.
Eyni zamanda, bölmənin 2023-cü ildə gəliri 18,9 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 31% azdır.
Bu xəbərin fonunda “Intel”in səhmləri 4,3% ucuzlaşıb.
Mənbə: gazeta.ru
Ən çox oxunanlar