İnternetdə “Apple”ın istehsalına hazırlaşdığı “iPhone 8” smartfonu ilə bağlı yeni təfərrüatlar yayılıb.
Oxu.Az-ın məlumatına görə, Lent.az “9to5 Mac” portalına istinadən xəbər verir ki, cihaz küncləri maili yox, hamar OLED-displeylə təchiz ediləcək.
Displeyin bütün ekran boyu, ekranın diaqonalının isə 5,8 olacağı gözlənilir.
“iPhone 8”-in “Lighting” qoşulma yerinin olmayacağı, əvəzində “MacBook”da istifadə olunan USB-C ilə təchiz ediləcəyi deyilir.
Yeni smartfon bu ilin payızında təqdim olunacaq.
U.A.
www.oxu.az