Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İran “Instagram”ı yasaqlayır
İran “Facebook” və “Twitter” sosial şəbəkələrindən sonra “Instagram” sosial platformasının da istifadəsini yasaqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İran məhkəməsi qərar çıxarıb, ancaq onun tətbiqi hələlik yubadılır.
İran baş prokurorunun müavini Cavad Cavidniya bildirib ki, hökumət platformanı filtrləmək qərarı alıb, ancaq çəkilən xərclərə rəğmən, nəticə almaq mümkün olmayıb.
“Hazırda bu sosial platformaya çıxışın əngəllənməsi üçün lazımi məhkəmə qərarı var. Kiberaləm Yüksək Şurası bu sosial şəbəkəsinin qapadılması yönündə həmfikirdir”, - Cavidniya bildirib.
O qeyd edib ki, “Instagram”ın istifadəsi üçün ölkə hökuməti tərəfindən lazımi icazələr verilməyib, ona görə də birtərəfli şəkildə şəbəkənin bağlanmasına qərar vermək hüququna malikdir:
“Bu yöndə ortaq anlayışın formalaşmasını gözləyirik. Bunun faydasının olmadığını görsək, İran Baş Prokurorluğu lazımi addımları atacaq”.
"İran" teqi üzrə xəbərlər
- Xəzər dənizində üzərək Azərbaycana qanunsuz yolla keçən əcnəbiyə hökm oxundu
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- İran prezidenti özünə köməkçi təyin etdi
Rəylər