"Texnologiya qlobal problemlərin həllində əməkdaşlıq üçün mühüm vasitədir".
Oxu.Az xəbər verir ki, bunu Kamboca Krallığının poçt və telekommunikasiyalar üzrə dövlət katibi Putivut Sok Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında keçirilən panel müzakirəsi zamanı deyib.
O bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının hər kəs üçün imkan yaratdığı informasiya cəmiyyəti dünyada artan qeyri-müəyyənlik və gərginliklər fonunda xüsusi əhəmiyyət daşıyır.
Dövlət katibinin sözlərinə görə, texnologiyadan insanlığın rifahı naminə düzgün və faydalı şəkildə istifadə olunmalı, əldə olunan imkanlar paylaşılmalıdır.
"Hamımız bilirik ki, texnologiya bütün problemləri həll edə bilməz. Lakin o, daha yaxşı ünsiyyət qurmağa, daha sürətli anlaşmağa və qlobal miqyasda problemlərin birgə həlli üçün əməkdaşlığa şərait yaradır".
Aygün Mirakif