Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mask gələcəyimizi müəyyənləşdirəcək qurumun yaradılmasını təklif etdi
Amerikalı iş adamı, “Twitter” sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ-də süni intellektə nəzarət edən agentliyin yaradılmasına çağırıb.
O, xatırladıb ki, ABŞ-də qida və tibb, avtomobil sənayesi də daxil olmaqla çoxlu lisenziya agentlikləri və digər tənzimləyici orqanlar var.
“Mən uzun müddətdir ki, süni intellekt sahəsinin tənzimlənməsinin tərəfdarıyam. Düşünürəm ki, biz buna (süni intellektin inkişafına) ciddi yanaşmalıyıq və bizə tənzimləyici qurum lazımdır”, - deyə o əlavə edib.
Maskın sözlərinə görə, departament sferanı tədqiq edəndən sonra bu sahənin işləməsi üçün bir sıra qaydalar təklif etməlidir.
Qeyd edək ki, son zamanlar süni intellekt populyarlaşıb. Bir müddət öncə isə belçikalı şəxs “Eliza” adlı süni intellektli çatbotun dəstəyi ilə intihar edib.
Mənbə: Lenta.ru
Rəylər