“Eurosport”, “Discovery Channel”, “Animal Planet”, “Sci” kimi bir çox televiziya kanalını özündə birləşdirən “Discovery Communications” “Scripps Networks'” ilə 14.6 milyard dollar nağd və hissə dəyəri məbləğində razılama əldə edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, beləliklə, “Discovery Communications” “Scripps Networks”ü satın alıb.
Qeyd edək ki, satınalma prosesinin 2018-ci ilin ilk aylarında tamamlanması gözlənilir.
“Scripps Networks” keçən il 3 milyard dollar civarında gəlir əldə edib. Şirkətin xalis borcu isə 2.7 milyard dollar olub. Qrupun kanalları arasında “Travel Channel”, “Food Network”, “DIY”, “Cooking Channel”, “TVN” kimi tanınmış kanallar var.
L.Ə.