Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Meta" şirkəti "Facebook", "Instagram" və "WhatsApp" kimi ayrıca tətbiq buraxmağa hazırlaşır
"Meta" korporasiyası yaxın vaxtlarda süni intellektə əsaslanan "Meta AI" çatbotu ilə ayrıca tətbiq buraxacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə CNBC telekanalı mənbələrə istinadən xəbər verib.
Qeyd edilir ki, "Meta AI" çatbotu 2023-cü ilin sentyabrında istifadəyə verilib. "OpenAI" və "Perplexity AI" kimi rəqiblərindən fərqli olaraq, "Meta" hazırda öz çatbotundan yalnız veb-sayt və "Facebook", "WhatsApp" kimi digər tətbiqlər vasitəsilə istifadə etməyə imkan verir.
"Yaxında "Meta AI" sosial şəbəkələrlə məşğul olan şirkətin "Facebook", "Instagram" və "WhatsApp"la yanaşı, müstəqil tətbiqlərindən biri olacaq. Şirkət "Meta AI"ın ayrıca tətbiqini ikinci rübdə (2025-ci il - red.) buraxmağı planlaşdırır", - deyə mənbədən bildirilib.
Korporasiya, həmçinin "Meta AI" üzrə pullu abunə xidmətini sınaqdan keçirməyi planlaşdırır.