Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bahar Muradova: "Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq"
"Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq".
Oxu.Az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan "Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu"nun ilk iclası ilə bağlı keçirilən brifinqdə qurumun sədri Bahar Muradova deyib.
O bildirib ki, zorakılıq hallarının baş verməsi təhlükəli və qorxuludur, çünki bu ailə içində baş verir.
"Belə halların baş verməsi bütün dünyada var. Amma bizim əsaslandığımız mənəvi kriteriyalarımız var. Biz nə qədər inkişaf etsək də, milli-mənəvi dəyərlərimiz qalmalıdır. Bu dəyərlərdən qopub aralansaq, heç nəyin qarşısını ala bilmərik. Hər şey burdan qidalanmalıdır. Cinayət halını törədən, bunu özünə peşə seçmiş şəxs heç nədən çəkinmir. Onun üçün nə doğmalıq, nə qohumluq, nə mənəvi dəyərlər, nə də ki, hər hansı bir qanunun əhəmiyyəti var.
Buna görə də biz təkcə zorakılığa məruz qalan yox, həm də zorakılığı törədənlə məşğuluq".
Aygün Mirakif
"Bahar Muradova" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Xocalı soyqırımında əli olan hər bir şəxs ədalət məhkəməsi qarşısında dayanacaq"
- Bahar Muradova: "Biz Xocalıya qayıtdıq, Qərbi Azərbaycana da qayıdacağıq"
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Dövlət və hökumət rəsmiləri bələdiyyə seçkisində səs veriblər
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ