Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir](https://images.oxu.az/2023/10/02/19/00/40/cb32272b-1330-4c5f-8dbb-46bdc070d2d7/de48badc-9b95-47f0-b0c3-0a6b2fb22fd7_850:1200.jpg)
NASA Azərbaycanda tədqiqatlar aparmaq istəyir
ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi NASA Azərbaycanda tədqiqatlar aparmaqda maraqlıdır.
“Report” xəbər verir ki, bunu NASA-nın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cimm Rasl Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində bildirib.
“Azərbaycan kosmik coğrafiya baxımından yenidir. Bakıda keçirilən bu tədbir gənclər üçün böyük motivasiya olacaq. Əminəm ki, Azərbaycan gəncləri arasında kosmik sahəyə maraq daha da artacaq”, - deyə NASA rəsmisi əlavə edib.
Ən çox oxunanlar
Rəylər