"Rəqəmsal mühit uşaqlara bərabər imkanlar yaratmaqla yanaşı, onlar üçün müəyyən təhlükə törədir".
Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, imkanların tam şəkildə faydaya çevrilməsi dövlət və valideynlərin birgə əməkdaşlığından asılıdır:
"Rəqəmsal təhsilin verilməsi, normativ və hüquqi bazanın formalaşdırılması və kiberməkanın dövlət tərəfindən tənzimlənmə mexanizmlərinin müəyyən edilməsi əsas istiqamətlərdir".
Elmidar Əliyev