“2016-da hər 40 saniyədə bir kiber hücuma məruz qalırdıqsa, hazırda bu rəqəm dörd dəfə artıb”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
Onun sözlərinə görə, kibertəhdidlər dünya iqtisadiyyatında ən ciddi risklərdir:
“Ötən il dünya iqtisadiyyatı bunlardan 6 trilyon dollar ziyan çəkib”.
O qeyd edib ki, kibertəhlükəsizlik sahəsinə inkişafa dövlət səviyyəsində təkan verilir:
“İnsan resursları dövlət başçısının siyasətinin tərkib hissəsidir”.
İlhamə Əbülfət