Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Sahəsinin Tənzimlənməsi şöbəsinə müdir təyin olunub.
“Qaynarinfo”nun məlumatına görə, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Vasif Əmiraslanov həmin şöbənin müdiri təyin edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xəbəri təsdiqləyiblər.