Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rosen Plevneliyev: "Süni intellekti insan amilindən üstün tutmaq, ən azından, etik addım deyil"
"Avropa İttifaqı (Aİ) texnologiyaya deyil, risklərə nəzarət edir. Aİ-nin süni intellekt sənədi qəbul olunub və iki il ərzində nəhəng ölkələr bundan istifadə edəcəklər. 2026-cı ildə gedişatın hansı səviyyəyə çatdığını biləcəyik".
Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunan XII Qlobal Bakı Forumunun panel sessiyasında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.
O bildirib ki, böyük süni intellekt şirkətləri Avropa İttifaqı ilə əməkdaşlıq edirlər ki, bu sənəd işləsin:
"Mən həm ABŞ-nin prezidentinə, həm də xüsusilə BMT çətiri altında böyük və kiçik ölkələrə, vətəndaş cəmiyyətlərinə səslənirəm ki, birgə qaydalar üzərində işləyərək hamımızın rifahını təmin edək. Çünki bu gün süni intellektə görə yüzminlərlə insan işdən çıxarılıb. Səbəb də odur ki, süni intellekt inkişaf etdikcə daha da effektiv olur. Hazırda bu effektivlik 30 faizə çatıb. Amma bundan qanunun aliliyinə zidd olaraq istifadə etmək və süni intellekti insan amilindən üstün tutmaq, ən azından, etik addım deyil. Mən bütün dünyaya səslənirəm: bu texnologiyalardan elə istifadə edək ki, bəşəriyyət üçün faydalı olsun".
Mərahim Nəsib
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- XII Qlobal Bakı Forumunda dünyada sağlamlıq böhranı müzakirə olunur
- Sabiq baş katib: "Azərbaycan güclə əlindən alınanı güclə də geri qaytardı"
- XII Qlobal Bakı Forumunda gender müzakirələri: "Vəziyyət ədalətli deyilsə, onu dəyişə bilərik"
- Azərbaycanda süni intellektdən istifadə edilərək pilot layihə icra olunur
- Azərbaycan qarşıdakı 15 ildə süni intellektdən 40 milyard dollar qazana bilər