“Samsung” şirkətinin “Note” seriyasına məxsus yeni smartfonunun təqdimat tarixi məlum olub. İnsayderin sözlərinə görə, sözügedən qurğu 2017-ci il 26 avqust tarixində təqdim ediləcək.
Daha öncə “Samsung” şirkətinin “Note 8” smartfonunun 2017-ci ilin sentyabrında Berlində keçiriləcək “IFA” konfransında nümayiş etdiriləcəyi barədə məlumat yayılmışdı. Ancaq mənbə iddia edir ki, şirkət qurğunu Nyu-Yorkda keçiriləcək tədbirində təqdim etməyi planlaşdırır.
Şayiələrə görə, “Samsung Galaxy Note 8” smartfonu 4428x2160 təsvir ölçülü 6,3 düymlük çərçivəsiz ekran, “Qualcomm Snapdragon 836” prosessoru ilə təchiz ediləcək. Əməli yaddaşın tutumu 6 QB təşkil edəcək.
“Samsung Galaxy Note 7” cihazı 2016-cı ilin avqustunda təqdim edilib. Ancaq istifadə prosesində öz-özünə alışma səbəbindən həmin ilin oktyabrında smartfon geri çağırılıb.
2017-ci ilin martında şirkət təmir edilmiş “Galaxy Note 7” qurğusunu yenidən satışa çıxarıb.
© The Investor
S.S.