“Samsung Electronics” şirkəti yeni “Galaxy Note9” flaqman smartfonunun beynəlxalq satışlarının başlanmasını elan etdi.
Mövzu üzrə oxuyun:
“Samsung Galaxy Note 9” – smartfonlar bazarında əsil yenilikdir. Tezliklə Bakıda!
“Galaxy Note9” smartfonu Azərbaycanda 31 avqust tarixində satışa çıxarılacaq. “Samsung” öz flaqmanının satışının başlanğıcını promo-aksiya ilə birgə həyata keçirir.
Promo-aksiya 31 avqustdan 16 sentyabra qədər davam edəcək. Bu müddət ərzində hər bir smartfon alıcısı simsiz şarj cihazı və müxtəlif şarj cihazları və adapterləri olan bir PowerPack dəstini hədiyə alacaq.
Yeni “Samsung Galaxy Note9” smartfonunun qiyməti 2099 AZN təşkil edəcək. Qeyd edək ki, smartfonu kreditlə almaq mümkündür və yuxarıda sadalanan hədiyyələr smartfonu kreditlə alan alıcılar daxil olmaqla, bütün alıcılara təqdim ediləcək. Hədiyyələrin əldə edilməsi üçün yalnız bir şərt var: 31 avqustdan 16 sentyabr tarixinə qədər “Samsung Galaxy Note9” əldə etmək!
Xatırladaq ki, Azərbaycanda “Samsung Galaxy Note9” üç rəngdə təqdim ediləcək: qara, göy və bürünc. “Samsung Galaxy Note 9” smartfonları bazarda hər hansı bir smartfona bənzəməyən unikal məhsuldur.
Ötənilki “Galaxy Note8” smartfonunun xarici görünüşündən fərqli olaraq, barmaq izi skaneri əsas kamera altında yerləşib. Smartfon tərəfləri 18,5:9, diaqonalı 6,4 düym və displey icazəsi Quad HD + (2960 x 1440 piksel) olan super AMOLED ekran və Dual Pixel texnologiyası ilə 12 Mp-li ikili əsas kamera ilə təchiz edilib.
Apparat əsası Exynos 9810 prosessorudur. Smartfon 512 GB-lıq mikro SD həcm kartları ilə genişlənmə mümkünlüyünə malik 6 GB operativ və 128 GB quraşdırılmış fleş-yaddaş variantlarında buraxılacaq.
Yeni modelin üstün cəhətləri haqqında burada məlumat ala bilərsiniz, biz isə öz növbəmizdə onu qeyd edirik ki, yeni flaqmanın ölçüləri 161,9 x 76,4 x 8,8 mm, çəkisi isə 201 qram təşkil edəcək. Və əlavə olaraq “Samsung Galaxy Note9” modeli üçün S Pen stilusunun tarixində ən böyük yenilənmə haqqında xatırladaq: bu stilus Bluetooth-nəzarətçi kimi istifadə edilə bilər, həmçinin onun vasitəsi ilə şəkilin çəkilməsi, prezentasiya slaydlarının dəyişdirilməsi, musiqinin qoşulmasını və s. idarə etmək mümkündür.
Qeyd etmək istərdik ki, “Samsung” şirkətinin Azərbaycanda rəsmi partnyorları Baku Electronics, Kontakt Home, Irshad Electronics, Maxi.az və Solitondur.
Yeni smartfonları yuxarıda sadalanan şəbəkələrin istənilən dükanlarından əldə etmək olar.
Sizə uğurlu alış-veriş arzulayırıq!