Avqustun 5-də “Samsung Electronics” şirkəti “Unpacked” mərasimi çərçivəsində beş yeni cihaz təqdim edib. Təqdimat ilk dəfə olaraq virtual formatda keçirilib və tədbirin əsas yaddaqalan xüsusiyyətlərindən biri, atlas toxumalı premial çaların - korporativ bürünc rəngin təqdim edilməsi idi. Yeni rəng bütün cihazlarda təmsil olunub, buna misal olaraq “Galaxy Note20” və “Galaxy Note20 Ultra” smartfonlarını, “Tab S7 və S7 +” planşetlərini, “Galaxy Watch3” ağıllı saatını, “Galaxy Buds Live” simsiz qulaqcıqlarını və yeni nəsil “Galaxy Z Fold2” “qatlanan” ekranlı smartfonu qeyd etmək olar.
“Samsung” istehsalı olan bütün yeni cihazlarla, həm iş həyatınızı rahat tənzimləməyə, həm də asudə vaxtınızı və istirahətinizi təşkil edə bilərsiniz.
Təqdim olunan “Galaxy Note20” və “Galaxy Note20 Ultra” yalnız təkmilləşdirilmiş “S Pen” stilusuna deyil, həm də video format və oyunlardan daha yaxşı istifadə etmək üçün müvafiq olaraq 60 Hz və 120 Hz yenilənmə tezliyinə malik olan geniş ekranla da təchiz ediliblər. Bu il elektron qələmin komandalarının cavablandırılması daha da yaxşılaşdırılaraq “Galaxy Note20”-də - 40%, “Note20 Ultra”-da - 80% sürətləndirilib. İndi “S Pen” sensor səthinə toxunmaya (köhnə modellərdə 40 ms qarşı 9 ms) daha sürətli reaksiya verərək, daha çox jest ilə ifadə edilən əmirləri icra etməyə imkan yaradır. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu il “Galaxy Note” ailəsini təmsil edən modellər bir-birindən əsaslı şəkildə fərqlənir. Belə ki, “Note20 Ultra”, məhsul xəttinin “kiçik” modelində istifadə edilən 6,7” ekranla ilə müqayisədə 6.9” ekrana sahiblənərək, HDR10 keyfiyyətini dəstəkləyən 3088 x 1440 piksel icazəli displey ilə təchiz olunub. Həmçinin, burada smartfonun əsas kamerası 108 MP (f / 1.8), optik sabitləşdirməli + 12 MP ultra geniş bucaqlı + 12 MP telefoto (f / 3.0) obyektivlərindən ibarətdir. Eyni zamanda model beş qat optik zoom-a malikdir və 8K çəkilişini dəstəkləyir. “Galaxy Note20” də, “Galaxy Note20 Ultra”-da olduğu kimi yüksək icazəli çəkiliş təklif edir, lakin optik zoom-u dəstəkləməyən cihaz, 64MP tele obyektiv və 12MP əsas kameraya sahibdir, smartfonun ekranı isə Full HD + icazəlidir. Burada həm də smatfonların istehsal olunduğu material da fərqlidir, belə ki, “Note20 Ultra” korpusunun arxa hissəsi davamlı şüşədən, “Note20” isə polikarbonatdan hazırlanıb.
Yuxarıda göstərilən “Note20” seriyasından əlavə, tədbirdə kompüter funksionallığını, planşet portativliyini və smartfon xüsusiyyətlərini özündə birləşdirən iki universal planşet – “Galaxy Tab S7” və “Tab S7 +” də təqdim edilib. Xüsusiyyət baxımından eyni olan modellər, fərqli ekranlara sahibdirlər. Kiçik model, 2560 x 1600 piksel icazəli 11” IPS-matrisası, böyük isə 2800 x 1752 piksel icazəli 12.4” “AMOLED” displey ilə təchiz olunub. Hər iki planşet ekranının yenilənmə tezliyi 120 Hz təşkil edir. Həmçinin, cihazlar eyni anda birdən çox pəncərədən istifadəni dəstəkləyir, burada müxtəlif tətbiqlərdən ibarət üç iş pəncərəsini ekranda göstərmək imkanı var.
Qeyd edək ki, hər iki halda “Snapdragon 865 Plus” prosessoru istifadə olunub. Bundan əlavə, “Tab S7” və “Tab S7 +” müvafiq olaraq altı və ya səkkiz GB RAM və 128-512 GB daxili yaddaşla təchiz edilib. Həmçinin planşetlər yaddaş kartı yuvası ilə təmin olunub, cihazlar 1 TB qədər əlavə yaddaşın tətbiq edilməsini dəstəkləyir. AKG dinamikləri quraşdırılmış planşetlər, əsas kameranın altında yerləşən ensiz maqnit zolaq üzərində səliqəli şəkildə saxlanan “S Pen” stilusu ilə də təchiz ediliblər. Həmçinin, burada əsas kameranın sensorlarının icazəsi “Tab S7” üçün 5 MP, “Tab S7 +” üçün isə 13 MP təşkil edir, ön kamera 8 MP-lik obyektivdən ibarətdir, planşetlər müvafiq olaraq 8000 mAh və 10,090 mAh tutumlu batareya ilə də təchiz ediliblər.
Planşetin fərdi kompüter əvəzi olaraq daha rahat istifadəsi üçün xüsusi çexol-klaviaturanı da əldə etmək mümkündür.
Tədbir çərçivəsində həm də “Galaxy Watch3” təqdim edilib. Yeni nəsil cihaz gündəlik tapşırıqları həll etmək üçün əla köməkçi, fiziki fəaliyyətin müşahidəçisi və sahibinin vacib sağlamlıq parametrlərinin təqibçisidir. “Ağıllı” saat iki versiyada mövcuddur: 1,2” displey, 41 mm diametrli və 247 mAh batareyaya sahib və 45 mm-lik, 1,4” ekran və 340 mAh batareya ilə təchiz olunan.
Hər iki versiyada 360 × 360 piksel icazəli Super “AMOLED” displey quraşdırılıb. Həmişə olduğu kimi, bu dəfə də dizaynın fərqləndirici xüsusiyyəti kimi, vidjetlər, tətbiqlər və bildirişlər arasında tez bir zamanda keçid almağa imkan yaradan fırlanan bezeli qeyd etmək olar. Sözü gedən saatı jestlərlə də idarə etmək mümkündür, buna misal olaraq, gələn zənglərə cavab vermək üçün əlinizi yumruq şəklində bağlayın və ya zəngli saatı söndürmək üçün əlinizi yelləyin. Həmçinin, “Samsung Galaxy Watch 3” qanda oksigen səviyyəsini və qan təzyiqini ölçə, EKQ göstəricilərini toplaya, yuxu keyfiyyətini və stress səviyyəsini izləyə bilir. Saat hətta sahibi ilə gözlənilməz bir qəza baş verdiyində bu halı təyin edə və seçilmiş əlaqələrə bildiriş göndərə bilir.
Əlavə olaraq, sağlam həyat tərzi sevənlər və idmanla məşğul olanlar üçün burada 120-dən çox təlim proqramı təqdim olunub.
Qeyd etmək lazımdır ki, tədbirdə təqdim edilən “Samsung Galaxy Buds Live” yuxarıda göstərilən cihazların hamısı üçün ideal bir əlavədir. Simsiz qulaqcıqlar, bir necə cəlbedici xüsusiyyətə malikdir, bu maraqlı forma və cihazın rəngini tamamilə təkrarlayan kiçik zinət əşyası qutusunu xatırladan qeyri-adi saxlama qabıdır.
Qulaqcıqların lobyaya bənzər forması uzun illər davam edən araşdırmaların bəhrəsidir və insan qulağının anatomik formasını təqlid edir. Sözü gedən bu forma qulaqcıqlardan gün boyunca heç bir narahatlıq olmadan istifadə etməyə imkan yaradır. Şirkət, dərin və zəngin səs üçün cihazı böyük ölçülü 12mm dinamik və bas kanalı ilə təchiz etmək üçün AKG səs mütəxəssislərinin təcrübəsini və texnoloji yeniliklikləri birləşdirib. Üç mikrofondan (iki xarici və bir daxili) ibarət adaptiv sistem və quraşdırılmış sümük keçirmə vibrasiya sensoru hətta səs-küylü yerlərdə belə danışıq və ya audio qeyd zamanı inanılmaz dərəcədə səsin aydın ötürülməsini təmin edir.
“Galaxy Buds Live”-in işləmə vaxtı (səs boğucu aktiv olduğu alda) altı saat, saxlama keysinin istifadə etdikdə isə əlavə olaraq 21 saat təşkil edir.
Eyni zamanda tədbirdə “Samsung” qatlana bilən “Galaxy Z Fold” smartfonunun yeni bir versiyasını təqdim etdi. Smartfon, incə haşiyəyə alınan iki hədsiz İnfinity-O ekranı ilə təchiz olunub. Açıq şəkildə, əsas displeyin diaqonalı 7,6”, xaricinin isə 6,2”, həmçinin ikinci ekran ön paneli bütün sahəsini tutaraq, tərəf nisbəti 21:9 təşkil edir. Həmçinin, istehsalçı smartfonunn şarnir mexanizmini tamamilə yeniləyib. Bu dəyişiklik sayəsində indi cihaz daha axarı qatlanaraq, ekranı 90 və 115 dərəcə bucaqda fiksasiya etməyə imkan yaradır.
