Müasir mətbəxi mikrodalğalı sobasız təsəvvür etmək mümkün deyil.
Onunla yemək qızdırmaq, dadlı təamlar hazırlamaq və ya ərzaqların donunu açmaq çox asandır. Lakin, bir məişət texnikası kimi mikrodalğalı sobalar da mətbəxin dizayn və quruluşunun yaradılması üçün əsl sınaq ola bilər. Belə ki, mikrodalğalı sobanın ölçüsü kifayət qədər böyük olduğu üçün onu hər istifadədən sonra rəfdə gizlətmək mümkün deyil. Bu sobalar daim əl altında və göz qabağında olmalıdırlar.
Bunu nəzərə alaraq, mikrodalğalı soba sizin interyerə uyğun olmalıdır və mətbəxin ümumi görünüşünü yaratmağa kömək etməlidir. Mebel və məişət əşyalarının ahəngini özündə birləşdirən arzularınızdakı mətbəxi Samsung sobaları ilə yaratmaq olduqca asandır.
Belə ki, Samsung dizaynerləri görünüş və tutumluluğun mükəmməl mütənasibini yaratmışdırlar. Yeni model sobalar elektron displeyli və istifadədə rahat idarə etmə paneli ilə təchiz olumuşdurlar. Şüşə materialdan hazırlanmış qapısı sayəsində mikrodalğalı sobalar hər bir interyerin bəzəyidir. Bu da öz növbəsində yeni modellərin üstün dizayna malik olmasının sübutudur. Əksər istifadəçilər mikrodalğalı sobalarının özünün yığcam olduğu halda, daxili həcminin böyük olmasını arzu edirlər. Bu arzunu kiçik mətbəxi olan bir çoxumuz bölüşürük. Yeni modellərin eni və hündürlüyü 20 litr həcmi olan sobalardan heç də fərqlənmir, lakin buna baxmayaraq dərinliyi 12 mm böyüdülən bu cihazların daxili həcmi 3 litr artmışdır. Bu dəyişiklik sayəsində indi mikrodalğalı sobaya 388 mm diametrə qədər olan, istənilən qabı yerləşdirmək olar.
Samsung mikrodalğalı sobalarının köməyi ilə siz rahatlıqla yemək qızdıra və ya hər gün müxtəlif menyu ilə özünüzü və yaxınlarınızı sevindirə bilərsiniz. Ən əsası isə xüsusi örtüyü sayəsində cihazı təmizləmək olduqca asan olacaq. Bio keramika minalı örtüyü sayəsində kamera yağ ləkələrindən əziyyətsiz və rahat təmizlənir. Bu material, həmçinin, ekoloji təhlükəsizdir və cızılmalara qarşı paslanmayan poladdan 10 dəfə daha dözümlüdür. Örtük möhkəm və hamar olaraq, üzərində demək olar ki, yağ və köz ləkəsi saxlamır.
Biokeramikanın əsas xüsusiyyətlərindən biri onun aşağı istilik keçirmə xassəsinə malik olmasıdır ki, bu da öz növbəsində yeməyin bişirmə vaxtını azaldaraq, istilik itkisini kiçildir. Bu örtüyün üstünlüyü bununla bitmir, belə ki, bio keramika bakteriyaların çoxalmasının 99,9% -nın qarşısını alır. Bu xüsusiyyət Höyenşteyn (Almaniya) laboratoriyasının araşdırılmaları ilə təsdiqlənmişdir. Beləliklə, mikrodalğalı sobanızın daxili kamerası, hətta, üzün istismar müddətindən sonra da yeni kimi qalacaq. Qeyd etmək lazımdır ki, istehsalçı biokeramika örtüyünə 10 il zəmanət verir.
Samsung mikrodalğalı sobaları yığcam ölçüləri və funksionallığı sayəsində ev və ofis şəraitində istifadə üçün olduqca əlverişlidir.Samsung mikrodalğalı sobaları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Optimal, Maxi.Az və Music Gallery mağazalar şəbəkələrinə müraciət edə bilərsiniz.