On il əvvəl bolluq evlərimizdə düzülmüş böyük qabaritli və bahalı mebel və texnika ilə ölçülürdü. Kiçik qonaq otaqlarında yerləşdirilimiş böyük stollar, stullar və həcmli divanlar səbəbindən hərəkət məhdudiyyətinin yaranması adi hal idi.
İndi isə artıq əşyalardan azad olaraq daha çox rahat və geniş məkanlara üstünlük veririk. İnteryerimizdə istifadə olunan hər bir əşya bir-biri ilə ahəng yaradaraq zövq oxşayır. Texnika seçiminə gəldikdə, onun texniki xüsusiyyətlərindən əlavə mütləq rənginə və dizaynına fikir veririk.
“Samsung” QLED televizorları əla təsvir ilə yanaşı, istənilən interyerə uyğunlaşan universal minimalistik dizaynın təcəssümüdür. 2018-ci ilin QLED televizorlarını “Samsung” şirkəti məhz elə “See nothing else” sloqanı altında təqdim edib. Belə ki, şirkət mütəxəssisləri televizor izləyərkən heç bir məqamın sizi seyrdən yayındırmamalı olduğunu düşünür.
QLED televizorlarının lakonik və sadə 360 dərəcəli dizaynı sayəsində izləyicilərin ekranda baş verənlərin ab-havasına dalmasını təmin edilir. Bu səbəbdən də “Samsung” televizorlarında istifadə olunan ideal metal korpus və “haşiyəsiz” dizayn – sərhədsiz görüntü deməkdir.
Yeni televizorlar divara xüsusi No Gap bərkitməsi ilə asılır. Bu bərkitmə sayəsində divar və televizor arasında məsafə yaranmadığından, televizor səliqəli görünür və ümumi dizayna uyğunlaşaraq interyerə gözəllik qatır. Əlavə olaraq, hər bir televizor “Samsung” tərəfindən təkmilləşdirilmiş dayaq üzərində quraşdırıla bilər.
Belə ki, bu dayaqlar sayəsində ətraf mühitin dizaynı ilə həmahənglik yaradan QLED TV hər bir evə yaraşacaq. Həmçinin, bu dayaqların köməyilə televizoru sizə uyğun olan yerdə quraşdırmaq və istənilən bucaqdan keyfiyyətli təsvir seyr etmək olar.
Əvvəllər adi “qara qutu” olan televizorlar günümüzdə istənilən məkanın bəzəyidir. Lakin, sönük halda televizor daha çox divarda yerləşmiş “qara ləkəni” xatırladır. Nəzərə alsaq ki, günümüzün çox hissəsini televizor sönük olur, belə qənaətə gəlmək olar ki, biz daim “geniş, qara ekranlarla” əhatə olunuruq. Bu səbəbdən “Samsung” QLED televizrolarında həm işlək, həm də sönük halda ətraf interyerlə ahəng yaradan dizayn istifadə olunub.
Ambient Mode adlanan bu rejim televizor imkanlarını genişləndirərək onu informasiya mərkəzinə çevirir. Buna misal olaraq, ekranda xəbərlər, hava haqqında məlumat və sairə qeyd olunur. Həmçinin bu texnologiya divar üzərində əks olunmuş rəsmi təkrarlayaraq televizor ekranında ifadə edə bilir.
Belə ki, televizor sanki divarın bir hissəsinə çevrilir. Bunun üçün, sadəcə, smartfonunuzla divar üzərində quraşdırılmış televizorun və ətraf hissələrin şəklini çəkərək QLED TV-yə yükləməniz yetərlidir. Beləliklə, “Samsung” QLED televizorları yüksək təsvir keyfiyyətini və unikal dizaynı sayəsində televizor ekranın istənilən interyerə uyğunlaşmasını təmin edir.
“Samsung” QLED TV televizorları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.