"Twitter" sosial şəbəkəsində siyasi reklam yerləşdirilməsi ilə bağlı dəyişikliklər ediləcək.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə şirkətin rəsmi saytında bildirilir.
Qeyd edilir ki, şirkət kimin və hansı məqsədlə reklam xarakterli elanların yerləşdirdiyini müəyyənləşdirən online-mərkəz işə salacaq. Beləliklə də, "Twitter"də siyasi reklamın verilməsinin qaydaları sərtləşdirilmiş olacaq.
“Reklam verənlər elanlarının hansı xarakter daşıdığını dəqiqləşdirməli olacaqlar”, - məlumatda bildirilir.
N.O.