“Walmart” şirkəti internet-riyelter Jet.com almaq planlarını açıqlayıb.
Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir. Sövdələşmənin məbləği 3,3 milyard dollara yaxındır.
Məbləğin bir qismi hissə-hissə, 300 milyon dolları “Walmart” aksiyaları ilə ödəniləcək.
“Biz qiymətlərin endirilməsi, çeşidlərin genişləndirilməsi və malların alınması üçün daha sadə üsul təklif etmək üçün yollar axtarırıq, çünki bunu bizim müştərilər istəyir”, - bunu “Walmart”ın rəhbəri Daq Mak Millon bəyan edib. Nəşrin məlumatına görə, saziş şirkətə “Amazon” ilə rəqabət aparmağa imkan verəcək.
“Walmart”ın məlumatında “Jet” şirkəti ilə birləşməyəcəkləri, amma hər iki şirkətin texnikasından təklifləri yaxşılaşdırmaq üçün istifadə edə biləcəkləri bildirilib.