“HMD Global” şirkəti bu ilin 3-cü rübündə “Nokia” brendinin flaqman smartfonunu təqdim edəcək.
Oxu.Az “Technote”yə istinadla xəbər verir ki, onun texniki göstəriciləri və qiyməti artıq bəllidir.
Sözügedən smartfon “Nokia 9”, bu ilin 3-cü rübündə satışa çıxarılacaq.
ABŞ-da onun qiyməti isə 700 dollar təşkil edəcək. Göründüyü kimi, bu cür qiymət dəyəri “Nokia” brendli smartfon üçün bir qədər bahadır. Yadınızdadırsa, əvvəlki büdcəli modellər daha ucuz qiymətə satılırdı.

“Nokia 9”-un texniki göstəricilərinə gəldikdə isə o, 5,5 inç QHD OLED ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş, 22 MP-lik arxa və 12 MP-lik ön kamera, 3800 mAh (sürətli enerji yığma funksiyalı) enerji tutumlu batareya ilə təchiz olunacaq.
:640.jpg)
Bundan əlavə, yeni flaqman smartfonun korpusu IP69 standartına uyğun olaraq tozdan və sudan qorunacaq və cihaz göz qişası skanına sahib olacaq.
U.A.
www.oxu.az