Ağciyərlərin və tənəffüs yollarının yoluxucu və ya allergik xəstəlikləri istisna olunarsa, uzunmüddətli öskürək bronxial xərçəngin inkişafının əlaməti ola bilər. Bir qayda olaraq, bu, siqaret çəkməklə əlaqələndirilir və belə bir öskürək yalnız səhər yuxudan durandan sonra müşahidə edilir.
Bunu həkim terapevt, kardioloq Andrey Kondraxin uzunmüddətli öskürəyin mümkün səbəbləri barədə danışarkən bildirib.
Digər səbəb ürək xəstəlikləridir. Həkimin sözlərinə görə, xroniki ürək çatışmazlığı zamanı ağciyər hipertoniyası yaranır.
“Ürək qanı yaxşı vurmur, o, ağciyərlərdə durğunlaşır və qan təzyiqi yüksəlir, bu da reflektor öskürəyə səbəb olur”, - deyə Kondraxin bildirib.
Bundan əlavə, öskürək mədə-bağırsaq traktının xəstəlikləri ilə əlaqədar da baş verə bilər. Məsələn, qastroezofageal refleks zamanı mədədə olan turşu ağız boşluğuna qalxır. O, tənəffüs yollarına daxil ola bilər və xüsusilə uzunmüddətli yuxudan sonra öskürəyə səbəb ola bilər. Bu halda öskürək sinədə yanma hissi ilə müşayiət olunur.
Mənbə: aif.ru