Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Trampın iqamətgahını robot it qoruyur
Robot it ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahı ətrafında patrul xidmətinə başlayıb.
Oxu.Az-ın xəbərinə görə, müvafiq görüntülərin əks olunduğu videonu NBC televiziya şirkətinin regional bölməsi yayımlayıb.
Məlumata görə, Trampın malikanəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri onun seçkidəki qələbəsindən sonra tətbiq edilib. Həmçinin sahil mühafizəsinin silahlanmış katerləri də xidmətə başlayıb.
Telekanal qeyd edib ki, ABŞ-də hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizliyin təminatı üzrə tapşırıqların yerinə yetirilməsində robot itlərdən getdikcə daha çox istifadə edilir.
Qeyd edək ki, CNN-in bildirdiyinə görə, ABŞ Məxfi Xidməti agentliyin təkcə Trampı deyil, onun ailə üzvlərini də müdafiə etməsinə başlayacağı prosesi sürətləndirməyi nəzərdən keçirir. Bu tədbirlər siyasətçinin həyatına iki sui-qəsd cəhdi fonunda onun təhlükəsizlik səviyyəsinin nəzərdən keçirilməsi ilə bağlıdır.
"Donald Tramp" teqi üzrə xəbərlər
- İsrail İranın "beyin mərkəzlərini" məhv etdi: Tramp bütün kartları açdı
- Ərdoğan Trampla ikinci dəfə telefon danışığı keçirib
- İsrailin İrana qarşı əməliyyatı həftələrlə davam edə bilər
- Tramp ad günündə hərbi paradı qəbul etdi
- Abbas Əraqçı: "ABŞ hərbçiləri İrana hücum etməkdə İsrailə köməklik göstəriblər"