Apr
2020
13:22
105
140
5159
Virtual karabakh

Valeri Korovin: “Prezident İlham Əliyev tamamilə haqlıdır” - MÜSAHİBƏ

2 Apr, 2020
13:22
5159

Valeri Korovin: “Prezident İlham Əliyev tamamilə haqlıdır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mart ayının sonunda videokonfrans formatında Avropa İttifaqının (Aİ) sammiti keçirildi. Bu tədbir bir daha Aİ-də həmrəylik və birliyin olmadığını göstərdi. Aİ-nin iqtisadiyyatını dəstəkləmək üçün hazırda zəruri olan tədbirlər razılaşdırılmadı.

“İzborsk Klubu”nun üzvü, Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovinin sözlərinə görə, koronavirus qlobal layihəyə son qoydu və COVID-19 epidemiyası bitdikdən sonra dünya artıq əvvəlki kimi olmayacaq.

Bu gün Valeri Korovin Media.Az-ın suallarını cavablandırır.

- Qərb niyə ümumi bəla qarşısında birləşmədi, əksinə, ölkələr “hər kəs özü üçün” siyasətini seçdi?

- Səbəb Qərb mentalitetindədir. Bizim problemimiz bundadır ki, Qərbi özümüz kimi düşünməyə çalışırıq: çətin vəziyyətdə necə davranacağımızı, bir-birimizi necə dəstəklədiyimizi, problemlə qarşılaşdıqda necə səfərbər olduğumuzu, ümumini şəxsidən necə yüksək tutduğumuzu diqqətə çatdırırıq.

Bu, bizim Avrasiya, Rusiya, Azərbaycan yanaşmamızdır. Avrasiya xalqlarının düşüncə və yaşam tərzi belədir. Qərbdə özümüzdə olan yaxşı cəhətləri görmək istəyirik. Ancaq orada bu yoxdur. Buna görə də, Qərb xalqlarımızı “qloballaşma yemi” ilə asanlıqla ovlayır, gələcəyin gözəl dünyası vədi ilə onlar üçün nağıllar söyləyir. Lakin “qlobal dünya” bütün insanların deyil, Qərbin maraqlarına uyğundur və bunu bilmək çox vacibdir.

Koronavirus - həqiqət anı oldu, öz maraqlarını hər şeydən üstün tutan Qərb ölkələrinin əsl motivlərini, reallıqlarını və yanaşmalarını ortaya qoydu. Bir növ sivil irqçilik deyə bilərik (tərifinə görə, Qərb üçün xarakterikdir). Prinsipcə, bunu tarixdə dəfələrlə müşahidə etmişik.

- Son ana qədər, hətta indinin özündə belə Qərb digər ölkələrə nə etməli olduğunu söyləyir, amma Aİ ölkələri sərhədlərini koronavirus təhlükəsi ilə bağlayır. Yeri gəlmişkən, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, Avropa İttifaqı bizə assosiasiya yox, təlimatlar təklif edir və biz bununla razılaşmırıq. Çox keçmədən məlum oldu ki, hətta Aİ ölkələri belə bu birlikdən kömək ala bilmir.

- Qərb tarixi təcrübəsinin universal olduğu fikri ilə çıxış edir. Ancaq bu, xalis volyuntarizmdir. Bununla belə, Qərb ölkələri başqa xalqlara, dövlətlərə göstəriş verməyə çalışır. Qərbin başında olduğu sivil iyerarxiyanın qurulması gedir. Qərbə bənzəməyə çalışan (“barbarlar”) və onların dəyərlərini mənimsəmək istəməyən (“vəhşilər”) xalqlar var. Belə bir dünyagörüş modelini Qərb filosofu Con Hobson təsvir edib.

Prezident İlham Əliyev isə tamamilə haqlıdır. Təkəbbürün “Qərb sivilizasiyası”nın yeganə dayağı olduğunun fərqinə varan digər dünya dövlətlərinin rəhbərləri də bu anlayışa gəlirlər. İndi nə görürük? Hətta Qərb dünyasına mənsub olmaq belə yardım və dəstək almaq demək deyil.

ABŞ-ın ayrılıqda koronavirus problemi ilə necə mübarizə apardığına baxın. Alimlərin səylərini birləşdirmə cəhdləri belə yoxdur, əksinə, gizli şəkildə alman mütəxəssislərini ələ almağa çalışırlar ki, peyvənd əvvəlcə avropalılar deyil, amerikalılar arasında meydana gəlsin.

Bizim insanlar üçün isə bu, sadəcə, təsəvvüredilməzdir. Bu, qloballaşma ideoloqlarının illərlə və hətta onillərlə izah etdikləri ilə üst-üstə düşmür, amerikalıların dünyanı xilas etdiyini göstərən Hollivud filmləri ilə uyğun gəlmir. Onlar yalnız başqalarının hesabına özlərini xilas edirlər və hətta bundan da qazanc əldə edirlər. İnsanlığın koronavirusdan daha ciddi bir təhlükə ilə qarşılaşdığı təqdirdə nə olacağını təsəvvür etmək belə dəhşətlidir.

- Bəs bundan sonra nə olacaq? Yeni dünya necə olacaq?

- Qərbin birləşməyəcəyi çoxqütblü bir dünya (Amerika və Avropa bölünəcək). ABŞ isə lider mövqeyini itirəcək. Qütblər güclü oyunçuların ətrafında qurulacaq, lakin həyasızlıq və ikiüzlülük edənlərin deyil, qarşılıqlı əlaqə qurmaq, kömək etmək və nəticədə, zəiflərin imdadına çatmaq baxımından güclülərin ətrafında.

Bu gün Çin, Rusiya, bəzi Avropa dövlətləri, məsələn, Almaniya belə bir rol üçün namizədliklərini irəli sürə bilər. Sonra isə hadisələrin necə inkişaf etməsinə görə müəyyənləşəcək. Bizi dünyanın tamamilə fərqli bir mənzərəsi gözləyir. Daha heç kəs Qərbin xoş məramına və ABŞ-ın idealist motivlərinə inanmayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri