Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakının mərkəzindəki köməkçi yolda yeni qadağa nişanları qoyuldu
Bakıda, Mirzəağa Əliyev küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə keçən köməkçi hissəyə üç ədəd yeni dayanma-durma qadağası ilə bağlı 3.27 nişanı yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu tədbir sürücülərin həmin ərazidə avtomobillərini park edərək hərəkətə mane olmalarının qarşısını almaq məqsədilə həyata keçirilib.
Belə ki, həmin ərazidə avtomobillərin park olunması həm qəza riskini artırır, həm də hərəkətə ciddi maneə yaradırdı.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.1-ci maddəsinə əsasən, dayanma-durma qaydalarını pozmağa görə 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Əzizə İsmayılova
"Yol nişanları" teqi üzrə xəbərlər
- Sürücülərin işini çətinə salan məsələ: Sıxlığı artıran problem necə həll edilməlidir?
- Bakının mərkəzi küçəsində aşan yol nişanı bərpa edilib
- Bakıda sürücüləri çaşdıran yol nişanı - Necə olmalıdır?
- Şəhər şosesində yol nişanı sürücülər arasında çaşqınlıq yaradıb
- Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır
Ən çox oxunanlar