"Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc olunan "İşlərin Gələcəyi Hesabatı"na əsasən 2030-cu ilə qədər bugünkü iş yerlərinin 22%-i struktur dəyişikliklərinə məruz qalacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammitində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, qlobal iqtisadi proseslərin əmək bazarına təsiri bununla məhdudlaşmır:
"Artan qlobal rəqabət hər bir ölkədən çevik qərarların qəbul olunmasını tələb edir. Bu reallıq fonunda regionlararası əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və qlobal əmək bazarına daha çevik inteqrasiyanın təmin edilməsi olduqca vacibdir".
Məhərrəm Əliyev