Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.
Oxu.Az xəbər verir ki, bu günlərdə Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu külli miqdarda spirtli içkilərin gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətandaşı Cabbarov Asif Həpiş oğlunun idarə etdiyi “MERCEDES BENZ C 200” markalı, “90-LJ-745” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Quliyev Xeybər Misir oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “KREMLİN Avard”, “BELUGA” və “Stolicnaya vodka” araqları aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
Gülnarə Zeynalova
www.oxu.az