Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan Mərkəzi Bankı kripotvalyuta yaradacaqmı? - RƏSMİ CAVAB
Azərbaycan Mərkəzi Bankı öz kriptovalyutasını buraxmağı planlaşdırmır.
Oxu.Az-ın məlumatına görə, bunu bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib:
“Hazırda AMB blokçeyn texnologiyasını tətbiq edir, lakin kriptovalyutalara yanaşmamız konservativ olaraq qalır. İndi öz kriptovalyutamızın buraxılması məsələsi gündəmdə deyil”.
Onun sözlərinə görə, konservativ münasibətin səbəbi bu investisiya alətinin yüksək səviyyədə riskli olmasıdır.
“Kriptovalyutalar tənzimlənmir, burada çirkli pulların yuyulması imkanı, həmçinin müştərinin identifikasiyasının mümkün olmaması amili var. Yüksək səviyyəli risk bizi kriptovalyutalara konservativ yanaşmağa vadar edir”, - deyə A.Quliyev bildirib.
İlhamə Xanlarqızı
www.oxu.az