Azərbaycana ötən il ərzində xaricdən daxil olan pul baratlarının həcmi 2015-ci illə müqayisədə 34,57%, 2014-cü ilə nisbətən isə 54,71% azalıb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ötən ilin yekununa dair pul siyasəti icmalında bildirilib.
İcmala əsasən, 2016-cı ildə ölkəyə xaricdən 774 mln. ABŞ dolları məbləğində pulköçürmələri həyata keçirilib. Bu rəqəm 2015-ci ildə 1,183 mlrd. dollar, 2014-cü ildə isə 1,709 mlrd. dollar təşkil edib.
Pul baratlarının azalması Azərbaycanla iqtisadi tərəfdaş olan ölkələrdə yaranmış vəziyyətlə izah edilir.
U.A.
www.oxu.az