Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda ortaaylıq əməkhaqqı 8%-ə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artaraq 993,2 manat təşkil edib.
Oxu.Az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində ortaaylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 773,3 min nəfər olub, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,4%-i təhsil, 12,8%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i maliyyə və sığorta fəaliyyəti, 15%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
"Ortaaylıq əməkhaqqı" teqi üzrə xəbərlər
- Bu il sertifikasiyadan keçən müəllimlər maaş artımını ALDILAR
- Azad edilmiş ərazilərdə yüksək əməkhaqqının verildiyi şəhərlər
- Valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləğinin artırılması son oxunuşda təsdiqlənib
- Növbəti ildə pensiyalar nə qədər artacaq? - İqtisadçı detalları açıqladı
- Azərbaycanda ən çox maaşı hansı sahədə çalışanlar alırlar?