Rəsmi statistikaya görə, Azərbaycanda 4 milyon 517 minə yaxın insan əmək fəaliyyəti ilə məşğuldur.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədri İdris Əliyev 4 fevralda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, işləyənlərin 33,3%-i əmək müqaviləsi üzrə işləyir.
İ.Əliyev deyib:
“Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qanunsuz məşğulluq faktları mövcuddur. Belə faktlara daha çox tikinti, nəqliyyat, ticarət və s. sahələrdə rast gəlinir. Bu, həmin sahələrdə intensiv işçi axını və qısamüddətli əmək müqavilələrinin olması ilə əlaqədardır. Bu vəziyyətə nəzarət etmək çətindir. Ona görə də sözügedən sahələrdə əmək müqaviləsinin imzalanmasından yayınma halları olur”.