Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda sığortaçıların sistem üçün əhəmiyyətinin müəyyənləşdirilməsi meyarları təsdiqlənib - CƏDVƏL
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, sığortaçının sistem əhəmiyyətli olub-olmaması həyat və qeyri-həyat sığortası üzrə ayrıca müəyyən ediləcək. Müstəsna olaraq təkrarsığortaçının sistem əhəmiyyətliliyi qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçılarla birlikdə qiymətləndiriləcək. Müştərək sığortaçılar isə sistem əhəmiyyətliliyin müəyyən edilməsində iştirak etməyəcəklər.
Bundan başqa, sığortaçının sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldəki göstəricilər vasitəsilə qiymətləndiriləcək:
AMB-nin Hüquq Departamentinə bu Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycandan olan şəxslərə imtiyazlar verilə bilər
- Məcburi köçkünə ərə getmiş və ya ondan boşanmış qadına müavinət verilə bilər
- Həbsxanaya "patı"lı konfet keçirmək istədilər
- Məhkum olunan şəxsə aid 21 kiloqram narkotik aşkarlanıb
- Ülviyyə Qarayeva: "Guya geri qaytarılan vəsaitdən agentlik işçilərinə mükafat yazılır"