Azərbaycandan Türkiyəyə ixrac azalıb.
Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, 2015-ci ilin yanvar ayında Azərbaycan Türkiyəyə 25 milyon 795,18 min dollar dəyərində məhsul satıb. 2014-cü ilin yanvar ayında bu göstərici, 39 milyon 046,62 min dollar dəyərində idi. Azalma 33%-dir. 2014-cü ilin müvafiq dövründə Azərbaycanın Türkiyəyə satdığı məhsullar ümumi ixraca (2014-cü ilin yanvar) nisbətən payı 66,06% təşkil edib. 2015-ci ildə isə bu rəqəm 2,02% təşkil edib.
2015-ci ilin yanvar ayında Türkiyədən 86 milyon 771,37 min dollar dəyərində məhsul alınıb. Bu da müvafiq dövrdə ümumi idxalın 15,11%-ni təşkil edib. 2014-cü ilin yanvar ayında Türkiyədən 96 milyon 148,46 min dollar dəyərində məhsul alınıb, bu da ümumi idxalın (2014-cü ilin yanvar ayı ərzində ) 90,25%-ni təşkil edib.