SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq, iyunun 1-dək ölkə üzrə abonentlərin sayı 1 milyon 691 min 127-yə çatıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, İstehsalat Birliyinin mətbuat xidmətindən bildirilənə görə, abonentlərin 1 milyon 670 min 117-si əhali, 21 min 10-u isə qeyri-əhali sektoruna aiddir.
Onların 715 min 624-ü Bakı şəhərinin, 975 min 503-ü isə regionların payına düşür. Abonentlərin hamısı sayğacla təmin olunub.
Bu ilin yanvar-may aylarında 79 çoxmərtəbəli bina, ümumilikdə isə 7 min 975 mənzil qazlaşdırılıb.