2014-cü il dekabrın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 1 mln. 720,856 min təşkil edib.
Bu barədə Oxu.Az-a SOCAR-dan deyilib.
Bununla belə, onların 1 mln. 699,108 mini əhali, 21,748 mini isə qeyri-əhali sektoruna aiddir.
Xatırladaq ki, Bakı şəhərində “Azəriqaz” abonentlərinin ümumi sayı 727,509 min təşkil edir, bunun 716,829 mini əhali, 10,680 mini qeyri-əhali kateqoriyasına aiddir.
Regionlarda isə abonentlərinin ümumi sayı 993,347 min təşkil edir, o cümlədən 982,279 min - əhali, 11,068 min - qeyri-əhali kateqoriyasına aiddir.