"Bakı Gəmiqayırma Zavodu" MMC "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən beş milyon ABŞ dolları faizsiz borc alıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı müqavilə dekabrın 8-də imzalanıb.
Müqaviləyə əsasən, borc dekabrın 15-də verilib və 2028-ci il yanvarın 31-dək tam şəkildə qaytarılmalıdır.
Xatırladaq ki, hər iki müəssisə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nəzarətindədir və borcun verilməsi onların əlaqəli tərəflər olması çərçivəsində baş tutub.