Bu gün ölkənin bir neçə bankı dolların satış və alış qiymətlərini daha da bahalaşdırıb.
Oxu.Az xəbər verir ki, səhər saatlarından banklar artıq 1 dolları 1,72 manatdan baha alır, 1,80 manatdan da yüksək satır.
Araşdırmaya əsasən, dünən dolları 1,6850 manata alan “Accessbank” bu səhər 1,7200 manata alır. Bankda dolların satışı isə 1,8000 manat təşkil edir. Dünən isə bu məbləğ 1,7200 manata bərabər idi.
“Bank of Baku” dolların alışını 1,7200-dan 1,7250-dək artırıb. Bank dollar satışını isə dünən ilə müqayisədə 1,8-dən 1,81-ə qaldırıb.
Fevralın 15-də dolları 1,7100 manatdan alan “AGBank” bu gün Amerika valyutasını 1,7200 manatadək artırıb. Bu bankda dollar satışı isə bir gündə 1,8100 manatdan 1,8200 manatadək qalxıb.
Ötən gün “Caspian Development Bank” dolları 1,6500 manata alıb, 1,7000 manata satırdı. Bu gün isə 1,7800 manata alır. Satış isə 13 qəpik artaraq 1,8300 manata bərabər olub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) dolların satış kursunu 1,7296 manatda stabil olaraq saxalmasına baxmayaraq, bahalaşma tendensiyası davam edir.
U.A.
www.oxu.az