Malayziya hakimiyyəti Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində şübhəli bilinən ikinci şəxsi saxlayıb.
Oxu.Az “Kiodo Nyus”a istinadən xəbər verir ki, hadisənin digər təfərrüatlar haqqında məlumat verilməyib.
Daha öncə polis 1988-ci il təvəllüdlü Vyetnam vətəndaşının saxlanıldığı barədə məlumat yaymışdı. O, Kuala-Lumpurun Beynəlxalq aeroportunda Kim Çen Namın qətlində şübhəli bilinir.
Bazara ertəsi, fevralın 13-də Malayziya aeroportunda iki qadın Kim Çen Nama sui-qəsd edib. İlkin məlumata görə, o, zəhərlənib.
N.O.
www.oxu.az