Dekabrın 22-də Masallı rayonunun Xallıcalı və Qədirli kəndlərinə, eləcə də Xaçmaz rayonunun Qaraçaycex kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Oxu.Az-a bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Xatırladaq ki, 119 abonenti olan Xallıcalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında, 119 ədəd sayğac və fərdi tənzimləyici, 197 abonenti olan Qədirli kəndinin qazlaşdırılması üçün isə, mənzillərdə 197 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.