SOCAR fevralda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan neftin həcmini azaldıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
SOCAR-ın məlumatına görə, 2015-ci ilin fevral ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 230 min 224 ton Azərbaycan nefti nəql olunub, bu da yanvar ayı ilə müqayisədə 239,829 min ton azdır.
Məlumat üçün qeyd edək ki, 2015-ci ilin yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 700 min 277 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il mart ayının 1-nə qədər BTC-yə 268 milyon 540 min 123 ton neft vurulub.
Bundan başqa, 2015-ci ilin fevral ayında BTC kəməri ilə 380 min 500 ton Türkmənistan və 247 min 022 ton Qazaxıstan nefti nəql olunub.