Bu gün Bakının Nizami və Sabunçu rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən bildirilib.
Qeyd edək ki, məhdudiyyətin yaranması Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə təmir işlərinin aparılması ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Ülviyyə R. Əli
www.oxu.az